İngiltərə Premyer Liqasında kuryoz hadisə: tıxacda qalan hakim oyuna gecikdi

İngiltərə Premyer Liqasının ikinci turunda keçirilən "Çelsi" - "Lester Siti" oyununda maraqlı hadisə yaşanıb.

Newsport.az-ın məlumatına görə, matçın baş hakimi təyin edilmiş Qrem Skott yolda tıxcada qaldığı üçün stadiona gec çatıb. Buna görə də qarşılaşmanı dördüncü hakim Oliver Lenqford idarə edib.

Skott yolda baş vermiş qəzadan sonra zəncirvari tıxaca düşüb. Qrem Skott matçın başlamasına 10 dəqiqə qalmış stadiona da çatsa da, oyunu idarə etməsinə izn verilməyib.

Əsasən, Çempionşipdə oyunlar idarə edən Lenqford ilk dəfə Premyer Liqada baş hakim olub. Görüş isə 1:1 hesablı heç-heçə ilə başa çatıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah