Maurisio Poçettino: "VAR-a aşiqəm"

İngiltərə Premyer Liqasının 2-ci turunda səfərdə "Mançester Siti" ilə 2:2 hesablı heç-heçə edən "Tottenhem"in baş məşqçisi Maurisio Poçettino açıqlama verib.

Newsport.az-ın məlumatına görə, argentinalı mütəxəssis meydan sahiblərinin son saniyələrdə vurduğu qolun VAR-ın qərarından sonra ləğv edilməsi barədə danışıb:

"VAR-a aşiqəm. Bu sistemi qəbul etməliyik. Daha öncə tənqid etmişdim, amma qəbul etmək lazımdır. İndi bizə də faydası oldu. Şübhəsiz ki, başqa oyunlarda biz də VAR-ın qərarlarına üzüləcəyik. Ancaq bu, qəbul edilməli olan qaydalardır. Hesabdan razı qaldım, ancaq oyunumuzu inkişaf etdirməliyik".





Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right