Zidan bəyan etdi: "Qaret Beyl qalacaq"

İspaniya La Liqasının 1-ci turunda səfərdə "Selta"nı 3:1 hesabı ilə məğlub edən "Real"ın baş məşqçisi Zinəddin Zidan Qaret Beylin klubdakı gələcəyinə aydınlıq gətirib.

Newsport.az-ın məlumatına görə, fransalı mütəxəssis Uels millisinin üzvünün Madrid təmsilçisində qalacağını bildirib:

"Beyl "Real"da qalacaq. "Selta"ya qarşı yaxşı oynadı. Matçdan öncə də danışdıq. Hazırda yeni mövsüm barədə fikirləşir".

47 yaşlı mütəxəssis Xames Rodriqeslə bağlı verilən eyni sualı cavabsız qoymayıb:

"Beyl və Xames hər kəs kimi, bu forma üçün sona qədər mübarizə aparacaq".

Zidan ilk turda komandasından razı qaldığını sözlərinə əlavə edib:

"Performansımızdan məmnunam. Tək hücumda deyil, müdafiədə də yaxşı çıxış etdik. Oyunçularımı təbrik etməliyəm. Bu şəkildə davam etmək istəyirik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right