Emil Balayevli "Tobol" liderliyini əldən verdi

Qazaxıstan Premyer Liqasında 23-cü turun görüşləri keçirilir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Emil Balayevin çıxış etdiyi "Tobol" klubu səfərdə "İrtış"la 0:0 hesablı heç-heçə edib.

Emil 90 dəqiqə Kostanay təmsilçisinin qapısını qoruyub və bir neçə epizodda komandasını qoldan xilas edib.

Xal itkisindən sonra "Tobol" liderliyini əldən verib. Komanda 46 xalla 2-cidir. 47 xalı olan "Kayrat" ilk pillədə qərarlaşıb. 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right