Dadaşov komandasına kömək edə bilmədi

Almaniya 3-cü Bundesliqasında 5-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi "Proyssen" səfərdə Vurzburger"in qonağı olub.

Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. 90 dəqiqə meydanda olan Dadaşov heç nə ilə yadda qalmayıb. "Proyssen" isə bu mövsüm ikinci məğlubiyyətini alıb.

Qeyd edək ki, Münster təmsilçisi 5 turdan sonra 7 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right