"Qarabağ"ın rəqibi uduzdu

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Linfild” yerli çempionatda növbəti oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, Şimali İrlandiya Premyer Liqasının 3-cü turunda “Kolreyn”i qəbul edən komanda 2:4 hesabı ilə uduzub.

“Linfild”in heyətində Joe Koper (65) və Şayne Laveri (72) fərqlənib.  Rayan Makgivern isə 78-ci dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

“Linfild” hazırda 3 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” avqustun 22-də “Vindsor Park”da “Linfild”in qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Komandaların avqustun 29-da Bakıdakı matçı isə saat 20:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right