"Real"da Eden Hazard şoku

"Real"ın yayda "Çelsi"dən 100 milyon avroya transfer etdiyi Eden Hazard zədələnib.

Newsport.az-ın məlumatına görə, belçikalı ulduz bir neçə həftə komandasına kömək edə bilməyəcək. Klub saytı 28 yaşlı yarımmüdafiəçinin məşqdə sol budunun ön əzələsindən zədələndiyini açıqlayıb.

Hazard La Liqanın ilk turunda "Real"ın "Selta"ya qarşı keçirəcəyi matçı buraxacaq. Onun Madrid klubuna daha bir neçə oyun kömək etməyəcəyi və AÇ-2020-nin seçmə mərhələ görüşləri üçün Belçika yığmasına dəvət almayacağı gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right