Zidan qərarını dəyişdi: "Onlara güvənirəm"

İspaniya La Liqasının ilk turunda "Selta"nın qonağı olacaq "Real"ın baş məşqçisi Zinəddin Zidan oyun öncəsi fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, fransalı mütəxəssis Madrid klubunun transfer hədəfində olan Polq Poqba və Neymarla bağlı bunları deyib:

"Komandamızda olan futbolçulara görə şadam. Fikrimi bu oyunçulara cəmləmişəm. Poqba hazırda "Mançester Yunayted"in futbolçusudur və buna hörmətlə yanaşmalıyıq. Neymar da bizim oyunçumuz deyil. Bizim üçün önəmli olan burdakı futbolçulardır".

Zidan Qaret Beyllə Xames Rodriqesin komandada qalıb-qalmayacağı barədə də fikirlərini bildirib:

"Xames hazırda yaxşı durumdadır, bizimlə olduğu üçün məmnunam. Beylin komandadan gedəcəyi gözlənilirdi. Digər futbolçulara olduğu kimi, ona da güvənirəm. Ümid edirəm ki, heyət seçimində işlərimi çətinləşdirəcək".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right