Yurçeviç Dadaşovu yığmaya çağırdı

Almaniyanın "Proysen" klubunun hücumçusu Rüfət Dadaşov AÇ-2020-nin seçmə mərhələsində Uels və Xorvatiya milliləri ilə qarşılaşacaq Azərbaycan millisinin heyətinə dəvət alıb.

Newsport.az klubun sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Nikola Yurçeviç 27 yaşlı forvardı milliyə çağırıb.

Azərbaycan millisi sentyabrın 6-da Uelsin qonağı olacaq, 3 gün sonra isə Xorvatiyanı qəbul edəcək. Yığma komanda ilk 3 oyununda uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right