Luis Suares sıradan çıxdı

La Liqanın birinci turunun “Atletik”ə qarşı dünən keçirilən oyununda “Barselona”nın hücumçusu Luis Suares zədə alıb.

Newsport.az-ın məlumatına görə, əzələsi dartılan uruqvaylı oyunçu 34-cü dəqiqədə məcburi əvəzlənməli olub. Bu gün o, tibbi müayinədən keçəcək. Bundan sonra zədənin dəqiq xarakteri və futbolçunun bərpa müddəti müəyyənləşəcək.

Xatırladaq ki, dünənki görüşdə “Barselona” “Atletik”ə səfərdə 0:1 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right