"Qəbələ" "Sumqayıt"a uduzdu Yenilənib

Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk turu davam edir.

Newsport.az-ın məlumatına görə, bu gün daha bir görüş keçirilib. "Qəbələ" öz meydanında "Sumqayıt"ı qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Sumqayıt"ın heyətində yeni transfer Mehdi Şərifi dubl edib.

Bu, "Sumqayıt"ın Qəbələ səfərində ilk qələbəsi olub.

Qeyd edək ki, turun digər oyunları qarşıdakı iki gün ərzində keçiriləcək.


 

17 avqust 

Azərbaycan Premyer Liqası, I tur

 

19:00. “Qəbələ” – “Sumqayıt” - 0:2 
Qollar:
 Mehdi Şərifi, 13, 29
Qırmızı vərəqə: Asif Məmmədov, 84-iki sarı vərəqə ("Qəbələ")
Hakimlər: Rauf Cabarov, Yaşar Abbasov, Müslüm Əliyev, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right