"Zubirlə maraqlanırıq" "Genqam" klubunun baş məşqçisi

Fransanın "Genqam" klubunun baş məşqçisi Patris Lair "Qarabağ"ın vingeri Abdullah Zubiri transfer edəcəkləri barədə yayılan iddialara münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, 58 yaşlı mütəxəssis Zubirlə maraqlandıqlarını bildirib:

"Klubdan getmək üçün hər kəsə qapını bağlamışıq. Yalnız Şeik Traore Qussuma Fofana ayrıla bilər. Yaxın günlərdə yaxşı xəbər olacağına ümid edirəm. Bir neçə yeni futbolçu gözləyirəm. Anbdullah Zubir və Əl Hacı Ba maraqlandığımız futbolçulardır. Ancaq dəqiq bir şey yoxdur".

Ötən gün "Genqam" klubunun prezidentinin Zubirin transferi üçün Bakıya gələcəyi və "Qarabağ" rəhbərliyi ilə görüşəcəyi xəbərləri yayılmışdı.

"Qarabağ" Əlcəzair əsilli fransalı futbolçunu 2018-ci ilin yayında "Lans"dan 1 milyon avroya transfer edib. 27 yaşlı futbolçunun müqaviləsi gələn yay başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right