"Barselona" Koutinyonu icarəyə verdi RƏSMİ

"Barselona" Filipe Koutinyonu icarəyə verib.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, kataloniyalılar braziliyalı yarımmüdafiəçini Münhen "Bayern"inə bir ilik icarəyə verib.

"Marca"nın məlumatına görə, "Bayern" 15-20 milyon avro icarə qiyməti ödəyib. Müqavilənin şərtlərinə 120 milyon avroluq satın alma şərti əlavə edilib.

"Barselona" 26 yaşlı futbolçunu 2018-ci ilin yanvarında "Liverpul"dan 145 milyon avroya transfer edib. Koutinyo ötən mövsüm 54 oyuna 11 qol vurub, 5 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right