"Roma" türkiyəli futbolçunu transfer etdi

İtaliyanın "Roma" klubu növbəti transferini reallaşdırıb.

Newsport.az-ın məlumatına görə, "canavarlar" Türkiyənin "Gənclərbirliyi" klubunun müdafiəçisi Mert Çetini transfer edib. 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Bu keçid üçün Super Liqa klubuna 3 milyon avro təzminat ödənilib.

Türkiyənin U-21 millisində çıxış etmiş futbolçu müqavilə imzalamaq üçün İtaliyaya yollanıb.

Mert 2017-ci ildən "Gənclərbirliyi"ndə çıxış edirdi. "Roma"da Türkiyə millisinin daha bir üzvü - Cengiz Ündər də oynayır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right