Fransa millisinin üzvü "Qalatasaray"da

Türkiyənin "Qalatasaray" klubu növbəti transferini reallaşdırıb.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Roma"nın yarımmüdafiəçisi Stiven Nzonzini 1+1 illik icarəyə götürüb. "Sarı-qırmızılar" bu keçid üçün 1 milyon avro təzminat ödəyib. Futbolçunun illik maaşı 3 milyon avro olacaq. "Qalatasaray" 15 milyon avro ödəyib, 30 yaşlı futbolçunun transfer hüququna yiyələnə bilər.

"Roma" Fransa millisinin üzvünü 2018-ci ildə "Sevilya"dan 26,5 milyon avroya transfer etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right