Balotelli transfer qərarını verdi: yeni klubu məlum oldu

Fransanın "Marsel" klubundan ayrılan Mario Balotelli karyerasını İtaliyada davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, 28 yaşlı forvard A Seriyasında qayıdan "Breşiya"ya keçməyə razı olub. İtaliya millisinin üzvü ilə 3 illik müqavilə imzalanacaq.

Mario daha öncə Braziliyanın "Flamenqo" klubunun 2,5 illik müqavilə təklifinə rədd cavab vermişdi.

Balotelli ötən mövsümün ikinci yarısında "Nitsa"dan "Marsel"ə keçmişdi və 15 oyuna 8 qol vurmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right