"Qalatasaray"dan sonra "Monako"

"Monako" klubu növbəti transferini açıqlayıb.

Newsport.az-ın məlumatına görə"Knyazlıq klubu" "Everton"dan Henri Onyekurunu transfer edib. Bu keçid üçün Liverpul təmsilçisinə 13,5 milyon avro nağd ödənilib. 1,5 milyon avro isə bonuslarla veriləcək. Nigeriya millisinin üzvüylə 5 illik müqavilə imzalanıb.

22 yaşlı vinger ötən mövsümü icarə əsasında Türkiyənin "Qalatasaray" klubunda keçirib. "Everton" nigeriyalı futbolçunu 2015-ci ildə Belçikanın "Eypen" klubundan 8 milyon avroya transfer etmişdi.

 

 


 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right