Putin "Qəbələ"nin keçmiş baş məşqçisinə orden verdi

2013-2014-cü illər mövsümündə "Qəbələ"nin baş məşqçisi olmuş Yuri Syomin mükafatlandırılıb. 

Newsport.az-ın məlumatına görə, Rusiya prezidenti Vladimir Putin 72 yaşlı mütəxəssisi təltif edib.

Məşqçi karyerasına 1982-ci ildən başlayan Syomin Rusiya idmanı və bədən tərbiyəsinin inkişafında göstərdiyi xidmətlərinə görə "Aleksandr Nevksi" ordeninə layiq görülüb. Syomin məşqçi karyerasında Moskva "Lokomotiv"i ilə 3 dəfə Rusiya çempionu olub. Bu komandaya 6 dəfə Rusiya kubokunu, 3 dəfə isə superkuboku qazandırıb.

Ümumiyyətlə, Syomin "Lokomotiv"də 4 fərqli dövrdə - ümumilikdə 22 il baş məşqçi olub, hazırda da bu postda işini davam etdirir. Azərbaycanda yalnız "Qəbələ"də çalışan Yuri Pavloviç işlədiyi bir mövsümdə "qırmızı-qaralar"ı ölkə kubokunun finalına çıxarıb, bürünc medal və Avroliqaya vəsiqə qazandırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right