Radamel Falkaonun İstanbula gəliş tarixi müəyyənləşdi

"Qalatasaray"ın "Monako"dan transferində anlaşdığı Radamel Falkaonun Türkiyəyə gələcəyi tarix müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, kolumbiyalı ulduz çərşənbə və ya cümə axşamı İstanbula gələcək. 33 yaşlı futbolçu ABŞ-da olan ailəsinin Monakoya gəlişini gözləyir. O, ailsəiylə birlikdə İstanbula gəlmək fikrindədir.

Falkao Super Liqanın ilk turunda keçiriləcək "Dənizlispor" - "Qalatasaray" matçını tribunadan izləyəcək.

Falkao İstanbul klubu ilə 3 illik anlaşıb. Onun illik maaşı 5 milyon avro olacaq. Daha 2 milyon isə bonus şəklində ödəniləcək. Ümumilikdə isə təcrübəli hücumçunun əmək haqqı illik 7 milyon avro edəcək.

"Monako" Kolumbiya yığmasının üzvünü 2013-cü ildə "Atletiko"dan 60 milyon avroya transfer etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right