UEFA-dan “Başakşehir”in baş məşqçisinə cəza

UEFA “Başakşehir”in baş məşqçisi Okan Buruku cəzalandırıb.

Newsport.az-ın məlumatına görə , buna onun Yunanıstan “Olimpiakos”una qarşı ötən həftə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk matçından (0:1) sonra paltardəyişmə otağına gedərkən qırmızı vərəqə alması səbəb olub.

Qurumun intizam komitəsinin rəsmi sayt vasitəsilə açıqlanan qərarına əsasən, Okan Buruk bir oyun texniki zonada əyləşə bilməyəcək (“Olimpiakos”la cavab görüşündə). Bundan başqa, komandanın müdafiəçisi Orelyen Şedjuya 2 oyunluq cəza, kluba isə ümumən 5 min 250 avro maddi cəza tətbiq olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right