Zubirlə futzal oynayırdı, 40 milyona "Monako"ya transfer oldu

Fransanın "Monako" klubu yeni transferini reallaşdırıb.

Newsport.az-ın məlumatına görə, "knyazlıq klubu" "Sevilya"nın hücumçusu Vissam Ben Yedderi transfer edib. 29 yaşlı futbolçunun keçidi üçün əndəlüsiyalılara 40 milyon avro təzminat ödənilib.

"Sevilya" Fransa millisinin üzvünü 2016-cı ildə "Tuluza"dan 9,5 milyon avroya transfer etmişdi. Ben Yedder ötən mövsüm 54 oyuna 30 qol vurub, 11 assist edib.

Ben Yedder böyük futbola futzaldan keçib. O, Fransanın futzal millisində hazırda "Qarabağ"ın üzvü olan Abdullah Zubirlə birgə oynayıb.

2017-ci ildə Zubir müsahibəsində bu barədə danışıb: "Fransanın futzal yığmasında Ben Yedderlə birgə oynamışam. Bu, mənə və bu gün futzal oynayan hər kəsə nümunədir. Futzalla başlasaq da, uğur qazanmağı bacardıq. Hər kəs Ben Yedderin gördüyü işdən məmnundur, yaxşı performans sərgiləyir. Bu, mənim üçün də örnəkdir".

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right