Sneyder karyerasını başa vurdu

Hollandiya yığmasının sabiq futbolçusu Uesli Sneyder karyerasını başa vurub.

Newsport.az-ın məlumatına görə, son mövsümü Qətərin “Əl-Qarafa” klubunda keçirən futbolçu 35 yaşında butsılarını mıxdan asmağa qərar verdiyini bəyan edib.

"Ayaks"ın yetirməsi "Real" (Madrid), "İnter", "Qalatasaray", "Nitsa" klublarında da çıxış edib. Sneyder Hollandiya millisində 134 oyuna 31 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right