Azərbaycan millisinin üzvü İsrail klubunda

Ötən mövsümün sonunda "Sumqayıt"dan ayrılan Azərbaycan millisinin üzvü Əli Babayev karyerasını doğma vətəni İsraildə davam etdirəcək.

Newsport.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçisi yüksək liqa klubu "Makkabi"də (Petah-Tikva) məşqlərə çıxır. Yaxın günlərdə klub Babayevlə müqavilə imzalayacaq.

Əli ötən yay "Hapoel Raanana" klubundan "Sumqayıt"a keçmişdi. Babayev "gənclik şəhəri" təmsilçisində 29 oyuna 1 qol vurub. Əli Babayev Litva ilə yoxlama matçında Azərbaycan yığmasında debüt edib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right