Lemparddan Mourinyoya: "Dedikləri məni maraqlandırmır"

İngiltərə Premyer Liqasının ilk turunda səfərdə "Mançester Yunayted"ə 0:4 hesabı ilə uduzan "Çelsi"nin baş məşqçisi Frenk Lempard matçdan sonra mətbuat konfransında media mənsublarının qarşısına çıxıb.

Newsport.az saytının məlumatına görə, 41 yaşlı mütəxəssis "Sky Sports"un şərhçisi Joze Mourinyonun "Çelsi"nin oyun planını tənqid etməsinə əhəmiyyə vermədiyini deyib, matçı dəyərləndirib:

"Kimin nə dediyi məni maraqlandırmır. Şərhçilər ağlına gələni söyləyə bilər, ancaq komandada son vəziyyətin nə yerdə olduğunu mən bilirəm. Futbolçuların tam hazır olmadan meydana buraxmaq istəmirəm, zədələnə bilərlər. Meydana buraxdığım ən yaxşı heyət idi. Liqada uzun marafon bizi gözləyir, qarşıda hər kəsdən yararlanacam. Bu oyunda 4 səhv etdik və bunlar da qola çevrildi. 90 dəqiqəyə baxsaq, bu hesab ədalətli deyildi. Ancaq nəticəni qəbul etməkdən başqa çarəmiz yoxdur".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right