Kadırov oyun zamanı mikrafonla hakimi təhqir etdi

Çeçenistan prezidenti Ramzan Kadırov növbəti dəfə oyun zamanı hakimi təhqir edib.

Newsport.az saytının məlumatına görə, bu, Rusiya Premyer Liqasının V turunda keçirilən "Axmat" - "Spartak" oyununda  yaşanıb.

Referinin idarəçiliyindən narazı qalan Kadırov "Axmat Arena"da keçirilən görüşün 82-ci dəqiqəsində mikrafonu əlinə alaraq baş hakim Aleksey Suxoyun ünvanına "Hakim, prezervativdir" deyib.

Qarşılaşma "Axmat"ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, Kadırov  2013-cü ildə də eyni üsulla hakimi təhqir etmişdi.






Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right