Eddi İsrafilovu 1 milyona transfer etdilər

Azərbaycan millisinin üzvü Eddi Silvestr Paskual İsrafilov İspaniya Sequndasında çıxış edən "Alkorkon" klubundan ayrılıb.

Newsport.az "Marca"ya istinadən istinadən xəbər verir ki, Anqola əsilli futbolçu Sequndanın digər təmsilçisi "Albasete"yə transfer olub. Kastiliya-La-Mança təmsilçisinin bu keçid üçün 1 milyon avro təzminat ödədiyi iddia edilib.

"Albasete" gün ərzində Eddinin keçidini rəsmən açıqlayacaq.

26 yaşlı yarımmüdafiəçi 2018-ci ildən "Alkorkon"da çıxış edirdi. Onun müqaviləsinin başa çatmasına bir il qalmışdı. Eddi ötən mövsüm Sequndada 29 oyuna (2347 dəqiqə) 1 qol vurub, 16 sarı vərəqə alıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right