Azərbaycanlı futbolçu "Krasnodar"a qol vurdu

Rusiyanın I Divizion təmsilçisi "Ximki"də çıxış edən Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Kamran Əliyev çempionatda 3-cü qolunu vurub.

Newsport.az saytının məlumatına görə, azərbaycanlı hücumçu 7-ci turda "Krasnodar"ın ikinci komandası ilə oyunda fərqlənib. 46-cı dəqiqədə meydana daxil olan forvard 2 dəqiqə sonra fərqlənib. Bu, qarşılaşmda vurulmuş sonuncu qol olub. Oyun "Ximki"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Ximki” 7 turdan sonra 17 xalla ilk pillədə qərarlaşıb.

 

 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah