Zinçenkonun "Mançester Siti"də özünəməxsus rekordu

İngiltərə Premyer Liqasının ilk turu “Mançester Siti” və Ukrayna millisinin yarımmüdafiəçisi Aleksandr Zinçenko üçün yaddaqalan olub. 

Newsport.az saytının məlumatına görə, “Mançester Siti”nin ilk turda “Vest Hem” üzərində 5:0 hesablı qələbəsində iştirak edən Zinçenko özünəməxsus rekorda imza atıb. Bu qələbə klub tarixində ardıcıl 23-cü qələbə olub. 

Geridə qalan 23 oyunun hamısında da ukraynalı futbolçu iştirak edib. Zinçenko ilə yanaşı David Silva da eyni rekorda sahibdi. 2016-cı ildən “Mançester Siti”də oynayan Zinçenko komandanın heyətində iki dəfə İngilərə çempionu, bir dəfə ölkə kuboku, bir dəfə isə superkubok qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right