Kompani daha bir məşhur futbolçunu "Anderlext"ə gətirdi

Fransanın "Monako" klubu vingeri Naser Şadlini Belçika təmsilçisi "Anderlext"ə icarəyə verib.

Newsport.az-ın məlumatına görə, belçikalı futbolçu ilə bir illik müqavilə imzalanıb. Şadli "Anderlext"ə yığmadakı komanda yoldaşı Vensan Kompaninin istəyilə cəlb edilib.

Brüssel təmsilçisində oynayan-məşqçi funksiyasını yerinə yetirən Kompani daha öncə komandaya Samir Nəsrini dəvət etmişdi.

"Monako" Şadlini 2018-ci ildə "Vest Bromviç"dən 10,8 milyon avroya transfer etmişdi. 30 yaşlı futbolçunun "knyazlıq klubu" ilə müqaviləsi 2021-ci ildə baş çatır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right