"Fənərbaxça" "Haddersfild"in futbolçusunu transfer etdi

"Fənərbaxça" İngiltərənin "Haddersfild" klubunun müdafiəçisi Matias Yorqensen Zankanı transfer edib.

Newsport.az-ın məlumatına görə, Danimarka millisinin üzvü ilə 3+1 illik müqavilə imzalanıb. Bu keçid üçün İstanbul təmsilçisi 2 milyon avrosundan keçib. 29 yaşlı futbolçunun illik maaşı 1,7 milyon avro olacaq.

"Haddersfild" Qambiya əsilli danimarkalı futbolçunu 2017-ci ildə "Kopenhagen"dən 2,4 milyon avroya transfer etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right