"Qarabağ"la oyunöncəsi APOEL-də növbəti ciddi itki

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"ın qonağı olacaq Kiprin APOEL klubu daha bir ciddi itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, Nikosiya təmsilçisinin əsas müdafiəçisi Praksitelis Vuros cümə günü keçirilən məşqdə zədələnib. Tibbi müayinədən keçən yunanıstanlı futbolçunun sol əlində sınıq aşkar edilib. 24 yaşlı futbolçunun 4 həftə yaşıl meydanlardan kənar qalacağı gözlənilir.

Daha öncə APOEL-in heyətində Alef dos Santosun "Qarabağ"a qarşı oynamayacağı məlum idi. Serbiyalı müdafiəçi Vuyadin Saviçin meydana çıxıb-çıxmayacağı qeyri-müəyyəndir.

"Qarabağ" - APOEL oyunu avqustun 13-ü, saat 20:30-da baş tutacaq. Qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right