Türkiyə millisinin üzvü "Verder"də

Almaniyanın "Borussiya" (Dortmund) klubu müdafiəçisi Ömər Toprakı Bundesliqanın digər təmsilçisi "Verder"ə icarəyə verib.

Newsport.az-ın məlumatına görə, türkiyəli futbolçu "musiqiçilər"lə bir illik müqavilə bağlayıb. Bremen təmsilçisi mövsümün sonunda 6,4 milyon avro ödəyib, 30 yaşlı oyunçunu məcburi şəkildə almalıdır.

Almaniyada dörd mövsüm "Frayburq"da, altı mövsüm "Bayer"də (Leverkuzen) çıxış edən Toprak 2017-ci ildən "Borussiya"da oynayırdı. O, bu müddətdə Bundesliqada 227 oyuna çıxıb. Ömər 27 dəfə Türkiyə millisinin formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right