"Flamenqo" cəbhəsi Balotellini gözləyir

Braziliyanın "Flamenqo" klubu azad agent statusu daşıyan italiyalı hücumçu Mario Balotellini transfer etmək üzrədir.

Newsport.az-ın məlumatına görə, məsələ ilə bağlı Rio-de-Janeyro təmsilçisinin ulduz futbolçusu Qabriel Barboza açıqlama verib. Braziliya millisinin üzvü Mario ilə bu barədə danışdığını deyib:

"Ümid edirəm ki, Balotelli "Flamenqo"ya gələcək. Bu, möhtəşəm və inanılmaz olar. Onunla hər gün danışıram və bu komandanl ona anladıram. "Flamenqo"ya daha öncə çox dünya ulduzu gəlib. Ümid edirəm ki, Balotelli də onlardan biri olacaq". 

Braziliya klubu 28 yaşlı hücumçuya 2,5 illik müqavilə təklif edib. Mario təklifi qəbul etsə, bu müddət ərzində 15 milyon avro maaş alacaq.

Ötən mövsümün ikinci yarısını "Marsel"də keçirən futbolçu 15 oyuna 8 qol vurmuşdu.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah