Emeqaranın yeni klubu müəyyənləşdi

Ötən mövsümün sonunda "Qarabağ"dan ayrılan İnnosent Emeqaranın yeni klubu bəlli olub.

Newsport.az-ın məlumatına görə, Nigeriya əsilli isveçrəli forvard karyerasını Türkiyədə davam etdirəcək. 30 yaşlı hücumçu I Liqa təmsilçisi "Karagümrük"ə transfer olub. Klub saytı müqavilənin şərtlərini açıqlamayıb.

Emeqara ötən mövsüm Kiprin "Ermis" klubundan "Qarabağ"a keçmişdi. O, Ağdam klubunda 18 oyunda 5 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right