"Liverpul"da Alisson şoku

İngiltərə Premyer Liqasının ilk turunda "Norviç Siti"ni 4:1 hesabı ilə məğlub edən "Liverpul" ciddi itkiylə üzləşib.

Newsport.az-ın məlumatına görə, komandanın qapıçısı Alisson Beker qarşılaşmanın ilk hissəsində topu oyuna daxil edərkən əzələsini dartıb. Oyunu davam etdirə bilməyən braziliyalı qapıçını yeni transfer Adrian əvəzləyib.

Qarşılaşmadan sonra açıqlama verən "qırmızılar"ın baş məşqçisi Yurgen Klopp Alissonun avqustun 14-ü, UEFA Super Kubokunda "Çelsi"yə qarşı keçiriləcək oyunda iştirak etməyəcəyini deyib.

26 yaşlı əlcək sahibinin son durumu yaxın günlərdə bilinəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right