"Ayaks"ın danimarkalı futbolçusu Lasse Şöne karyerasını İtaliyanın "Cenoa" klubunda davam etdirəcək.
Newsport.az-ın məlumatına görə, təcrübəli oyunçu ilə iki illik müqavilə imzalanıb. Genuyalılar 33 yaşlı yarımmüdafiəçinin keçidi üçün 1,5 milyon avro təzminat ödəyib.
Danimarka yığmasının üzvü 2012-ci ildən Amsterdam təmsilçisində oynayırdı.