"İnter" Lukakunu açıqladı

İtaliyanın "İnter" klubu "Mançester Yunayted"in hücumçusu Romelu Lukakunun transfer etdiyini açıqladı.

Newsport.az-ın məlumatına görə, bu keçid üçün Milan təmsilçisi 65+10 milyon avro ödəyib.

26 yaşlı forvardla 5 illik müqavilə imzalanıb. Belçika yığmasının üzvü illik 7,5 milyon avro maaş alacaq.

Lukaku "Mançester Yunayted"ə 2017-ci ildə "Everton"dan 84,7 milyon avroya transfer edilmişdi. Lukakunun "İnter"ə transferindən Liverpul təmsilçisinə 5 milyon avro pay düşüb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right