"Vest Hem" albaniyalı futbolçunu transfer etdi

İngiltərənin "Vest Hem" klubu yeni transferini açıqlayıb.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, London təmsilçisi İsveçrənin "Bazel" klubunun hücumçusu Albian Ayetini transfer edib. İsveçrə millisinin üzvü olan Albaniya əsilli forvardla 4 illik müqavilə imzalanıb. "Çəkicdöyənlər" 22 yaşlı futbolçunun keçidi üçün 9 milyon avro təzminat ödəyib.

"Bazel"in yetirməsi olan "Ayeti"nin digər iki qardaşı da futbolçudur. 

"Torino"da oynayan 24 yaşlı müdafiəçi Arlind Ayeti Albaniya millisinin şərəfini qoruyur. İsveçrənin "Sankt-Qallen" klubunda forma geyinən Adonis Ayeti isə Kosovo yığmasını seçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right