Mario Balotelli Braziliya klubunda

Fransanın "Marsel" klubundan ayrılan Mario Balotelli Braziliyaya yollana bilər.

Newsport.az-ın məlumatına görə, 28 yaşlı forvard "Flamenqo"ya keçməyə yaxındır. İtaliyalı furbolçunun Rio-de-Janeyro təmsilçisi ilə 2,5 illik müqavilə imzalayacağı gözlənilir. Bu müddət ərzində Mario 15 milyon avro maaş alacaq.

Balotelli ötən mövsümün ikinci yarısında "Nitsa"dan "Marsel"ə keçmişdi və 15 oyuna 8 qol vurmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right