"Milan" Duarteni açıqladı

İtaliyanın "Milan" klubu yeni transferini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar" Braziliyanın "Flamenqo" klubunun müdafiəçisi Leo Duarteni transfer edib.

Bu keçid üçün Milan təmsilçisi 11 milyon avro təzminat ödəyib. 23 yaşlı mərkəz müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. Braziliyalı futbolçunun illik maaşı 1,2 milyon avro olacaq.

Duarte "Flamenqo"da 49 oyuna 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right