"Səbail"dən ayrılan daha bir futbolçu "Olimpiakos"da

"Səbail"dən ayrılan Bilal Həmdinin yeni klubu müəyyənləşib.

 

Newsport.az-ın məlumatına görə, 28 yaşlı yarımmüdafiəçisi karyerasını Kiprdə davam etdirəcək. Əlcəzairli futbolçu "Olimpiakos"a transfer olub. "Lans"n yetirməsi Nikosiya təmsilçisi ilə bir illik müqavilə imzalayıb.

 

"Olimpiakos" yeni mövsümdən yüksək liqada çıxış edəcək.

 

Bilal ötən mövsüm "Zirə"də çıxış edib. "Səbail"ə bu yay qoşulan futbolçu ilə müqaviləyə xitam verilib. Həmdi 2017/18 mövsümündə Kiprin "Alki" klubunun şərəfini qoruyub.

 

"Səbail"in yayda transfer edib, yolları ayırdığı Dilan Duventru da Nikosiya "Olimpiakos"una transfer olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right