İspaniya klbundan Mahir Emreli AÇIQLAMASI

İspaniya Sequnda təmsilçisi "Estremadura" klubunun idman direktoru Daniel Lopes Ramos "Qarabağ"ın hücumçusu Mahir Emrelinin transferiylə bağlı açıqlama verib.

 

Newsport.az elperiodicoextremadura.com-a istinadən xəbər verir ki, 42 yaşlı futbol funksioneri səbirli olmalarını bildirib:

 

"Mahir Emreli klub rəsmiləri, rəhbərlik və məşqçilər korpusu kimi, hər kəsin komandada görmək istədiyi gənc oyunçudur. Ancaq burada həssas məsələ var, o, klubu ilə ÇL-də oynayır. Danışıqlarda əsas iştirakçı olduğumuzu bilirik, bir az səbirli olmalıyıq".

 

Daha öncə İspaniya mətbuatında belə xəbər yayılmışdı ki, əgər "Qarabağ" Çempionlar Liqasında çıxışını başa vursa, Mahir İspaniyaya yollanacaq.

 

22 yaşlı futbolçu ilə "Malaqa" və "Almeriya"nın da maraqlandığı iddia edilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right