Renat Dadaşov "Vulverhempton"a transferindən danışdı: "Agentimə dedim ki, zarafat edirsən?"

İngiltərə Premyer Liqa təmsilçisi "Vulverhempton" Portuqaliyanın "Eştoril" klubundan Azərbaycan millisinin hücumçusu Renat Dadaşovu transfer edib.

 

Newsport.az klubun saytına istinadən xəbər verir ki, 20 yaşlı forvardla 4 illik sözləşmə imzalanıb. "Canavarlar" Renatı Portuqaliya Premyer Liqa təmsilçisi "Pasuş de Ferreira" klubuna icarəyə verib.

 

Hücumçu transferi ilə bağlı bunları söyləyib:

 

"Çox xoşbəxtəm və həyəcanlıyam."Vulverhempton" gözəl klubdur və "canavar" olmaq inanılmazdır. Buna görə də burada olduğum üçün çox xoşbəxtəm.

 

Agentimdən "Vulverhempton"un mənimlə müqavilə imzalamaq istəməsiylə bağlı telefon zəngi aldım. "Bu doğrudur? Mənimlə zarafat edirsən?", - deyə cavab verdim. "Bəli, doğrudur", - söylədi. Buna görə də asan qərar oldu. 

 

Ancaq indi hər şeyin yoluna düşəcəyi yerə icarəyə veriləcəm. Gələn mövsüm daha güclü futbolçu kimi geri dönə bilərəm.

 

Hər futbolçu Premyer Liqada oynayan klubda çıxış etmək istəyər. Bu, mənim üçün dünyanın ən yaxşı liqasıdır. "Canavarlar"ın necə gözəl mövsüm keçirdiyini görürsünüz. Buna görə də bu, bir yuxunun gerçəkləşməsi kimidir.

 

Asan olacağını düşünmürəm, ancaq yolumu tapacağımı düşünürəm. Çünki getdiyini hər yer sənin üçün bir dəyişiklikdir. İngiltərə gözəl ölkədir, burada çox xoş insan var. Buna görə də burada problem yaşayacağımı düşünmürəm.

 

Çox aktivik və idmançı ailəsiyik. Atam su polosu, anam həndbol oynayırdı. Bacım 16 yaşına qədər futbolçu olub. Qardaışm Rüfət Dadaşov isə Almaniya III Liqasında çıxış edir.

 

Azərbaycan millisində ən son oyunda qardaşımla meydanda idik. Bu, mənim üçün inanılmaz idi. Çünki ölkəmizi qardaşımla birlikdə təmsil etmək mənim üçün inanılmaz duyğu idi".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right