"Mançester Yunayated" dünyanın ən bahalı müdafiəçi transferini açıqladı

"Mançester Yunayted" rekord məbləğə müdafiəçi transferi reallaşdırıb.

Newsport.az-ın məlumatına görə, "qırmızı şeytanlar" "Lester Siti"nin stopperi Harri Maquayrı transfer edib. Bu keçid üçün "tülkülər"ə 87 milyon avro təzminat ödənilib. İngiltərə millisinin üzvü ilə 6 illik müqavilə imzalanıb.

Maquayr futbol tarixinin ən bahalı müdafiəçisi olub. Daha öncə "Liverpul" hollandiyalı Vircil van Daykın transferi üçün "Sauthempton"a 85 milyon avro təzminat ödəmişdi.

"Lester Siti" 26 yaşlı futbolçunu 2017-ci ildə "Hall Siti"dən 13,7 milyon avroya transfer etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right