Fransanın "Marsel" klubu hücumçu transferi reallaşdırıb.
Newsport.az-ın məlumatına görə, Liqa 1 təmsilçisi "Boka Xuniors"un hücumçusu Dario Benedettonu transfer edib. Argentina millisinin üzvüylə 4 illik müqavilə imzalanıb. 29 yaşlı forvardın keçidi üçün 16 milyon avro təzminat ödənilib. Hücumçu yeni klubunda 9 nömrəli formada çıxış edəcək.
"Boka Xuniors" Darionu 2016-cı ildə Meksikanın "Amerika" klubundan 4,4 milyon avroya transfer etmişdi.