"Mançester Siti" İngiltərə Super Kubokun sahibi oldu

İngiltərə Super Kubokunun qalibi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, həlledici oyunda “Mançester Siti” ilə “Liverpul” qarşılaşıb.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda da hesab dəyişmədiyi üçün qalibi penaltilər seriyasında müəyyənləşdirmək lazım olub. Burada daha dəqiq olan olan “şəhərlilər” Super Kuboka sahib çıxıb.

“Mançester Siti” tarixində altıncı dəfə İngiltərə Super Kubokunu qazanıb.

"Mançester Siti" - "Liverpul" - 1:1 (pen. 5:4)

Qollar: Rahim Sterlinq, 12 - Joel Matip, 78

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right