Kanselu "Mançester Siti"yə, Danilo "Yuventus"a keçdi

"Mançester Siti" "Yuventus"un müdafiəçisi Joau Kanselunun transferini bitirib.

Newsport.az-ın məlumatına görə, bu keçid üçün "şəhərlilər" qarşı tərəfə 30 milyon avro və sağ cinah müdafiəçisi Danilonu verib. Müqavilənin şərtlərində daha 5 milyon avro bonus bəndi yer alıb.

Kanselu tibbi müayinədən keçmək üçün bazar ertəsi Mançesterə yollanacaq. Portuqalia millisinin üvzü 2024-cü ilə qədər müqavilə bağlayacaq. Sağ cinah müdafiəçisi və vingeri kimi çıxış edən 25 yaşlı futbolçunun illik maaşı 4,5 milyon avro olacaq.

Danilo "Yuventus"la 5 illik müqavilə bağlayacaq. 28 yaşlı braziliyalı futbolçunun illik maaşı 3,5 milyon avro olacaq.

"Mançester Siti" Danilonu ötən yay "Real"dan 30 milyon avroya transfer etmişdi.

"Yuventus" isə Kanselunu 2018-ci ilin yayında "Valensiya"dan 40,4 milyon avro qarşılığında rənglərinə bağlamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right