Dmitri Nazarovdan növbəti qol, komandası qalib gəldi

Almaniya II Bundesliqasında ikinci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Aue” klubu evdə “Vehen”ə 3:2 hesabı ilə qalib gəlib.

Nazarov start heyətdə meydana çıxıb və 66-cı dəqiqədə əvəzlənib.

Komandasının ikinci qoluna 29 yaşlı yarımmüdafiəçi imza atıb. Milli üzvü 35-ci dəqiqədə uzaqdan zərbəylə rəqibi məyus edib.

Bu, Dimanın cari mövsüm ikinci qolu olub.

"Aue" iki tura altı xal toplayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right