"Hər şey "Neftçi"nin xeyrinə idi" - Koloskov

Rusiya Futbol İttifaqının (RFİ) sabiq prezidenti Vyaçeslav Koloskov açıqlama verib.

Newsport.az-ın məlumatına görəo, Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"nin Tula "Arsenal"ını mübarizədən kənarlaşdırması ilə bağlı fikirlərini bildirib:

"Mən hələ Tuladakı görüşdə başa düşdüm ki, "Neftçi" güclü rəqibdi. Onlar Bakıda bir çox göstəricidə "Arsenal"ı üstələdi. İlk növbədə isə fərdi ustalıqda. "Arsenal" fiziki baxımdan "Neftçi"dən geri qalmadı. Meydan sahibi kimi sərt oynayırdılar. Zərbəyə zərbə ilə cavab verirdilər. Amma müqayisə bununla başa çatır. Qalan hər şey "Neftçi"nin xeyrinə idi. Sürət, texnika, fərdi keyfiyyətlər, oyun qavrama "Neftçi"də yüksək idi".

"Neftçi" "Arsenal"ı səfərdə 1:0, Bakıda 3:0 hesabı ilə məğlub edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right