"Yuventus"un hücumçusu rəsmən "Everton"da

İngiltərənin "Everton" klubu "Yuventus"un hücumçsu Moyze Kini transfer edib..

Newsport.az klubun saytına istinadən xəbər verir ki, Liverpul təmsilçisi italiyalı futbolçu ilə 5 illik müqavilə imzalayıb.

Bu keçid üçün Turin klubuna 30 milyon avro təzminat ödənilib.

Gənc ulduz transferi ilə bağlı bu sözləri deyib:

"Everton" formasını geyinəcəyim üçün qürur duyuram. Komanda üçün əlimdən gələni edəcəm. Müqavilə imzalamağı ağlıma qoymuşdum, çünki "Everton" gələci düşünən klubdur və mən də beləyəm. Klubun böyüklüyünü bilirəm. Klubun hədəflərinə çatmasına yardımçı olmaq üçün çox çalışacam, böyük hirsim var. Qalib gəlməyə alışmışam və bunu "Everton"a da gətirməyə çalışacam. Ümid edirəm ki, meydanda yaxşı işlər görəcəm və azarkeşləri əyləndirəcəm".

19 yaşlı hücumçu "Yuventus"un yetirməsidir. Kin İtaliya yığmasında 3 oyuna 2 qol vurub.

 

Image





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right